• DÜNYA

    07:36 9 dekabr 2020

ABŞ-da COVID-ə qarşı "Pfizer" peyvəndinin sınaqları zamanı 6 nəfər ölüb

ABŞ-ın əczaçılıq nəhəngi “Pfizer” və Almaniyanın “BioNTech” şirkəti tərəfindən hazırlanmış koronavirus peyvəndinin sınaqları nəticəsində altı nəfər ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Qida və Dərmanların Keyfiyyəti Məsələləri İdarəsinin (FDA) məlumatında deyilir. Bildirilir ki, ölənlərdən dördü placebo (dərmanın imitasiyası), iki nəfər isə peyvəndin özünü qəbul edib.

Peyvənd verilən qrupdakı xəstələrdən biri piylənmədən və aterosklerozdan əziyyət çəkirmiş, o, dərmanın ilk dozasından üç gün sonra ölüb. İkinci könüllü ikinci dozadan 60 gün sonra ürəktutmasından keçinib.

Plasebo qəbul edənlər arasında ikisi infarkt və insultdan ölüb, daha ikisinin ölüm səbəbi müəyyən edilir. Ölən altı nəfərdən üçü 55 yaşdan yuxarı şəxslərdir.

Ümumilikdə, testlərdə 16 yaşdan yuxarı təxminən 38 min nəfər iştirak edib.

Qeyd edək ki, FDA bir müddət əvvəl “Pfizer” və “BioNTech”in birgə hazırladığı peyvəndin effektivliyini təsdiqləyib. Sənədlərdə qeyd olunur ki, dərman lazımi təhlükəsizlik səviyyəsini nümayiş etdirib və təcili istifadəsinə heç bir maneə yoxdur.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR