• DÜNYA

    10:24 19 mart 2019

ABŞ-da daşqınlar zamanı 2 hərbi bazanı su basıb

ABŞ-ın Nebraska ştatında baş vermiş daşqınlar zamanı ölkəyə məxsus 2 hərbi bazanı su basıb.

ONA-nın məlumatına görə, bu barədə hərbi bazanın “twitter” səhifəsində məlumat yerləşdirilib. Bildirilir ki, daşqınlar nəticəsində ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının yerləşdiyi Hərbi Hava Qüvvələrinə məxsus “Offutt” bazasını üçdə birini su basıb. Bazada insanların və təyyarələrin zərər görmədiyi bildirilir.

Ümumilikdə bazada 30 evin daşqına məruz qaldığı bildirilir.

Meteoroloqların açıqlamasına görə, Missuri çayında suyun səviyyəsi 14,48 metrə kimi qalxa bilər. Bu da 2011-ci ildən bu yana rekord göstəricidir. Çayın səviyyəsinin qalxması nəticəsində Omaxa (Nebraska) və Kanzas- Siti (Kanzas) arasındakı əraziləri su basıb.

Ümumilikdə Nebraskada ötən həftə başlayan daşqınlar nəticəsində 3 nəfər ölüb. 10-dan çox insan xilas edilib. 870-dən artıq sakin evakuasiya edilib.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR