• DÜNYA

    07:08 9 mart 2019

ABŞ-da ən çox axtarılan cinayətkar yaxalanıb

Merilend ştatının polisi ABŞ-ın ən çox axtarılan cinayətkarlar onluğunda olan Lamont Stefensonu həbs edib.

ONA-nın “Lenta.ru”ya istinadən yaydığı xəbərə görə, cinayətkarın həbsi siyahıya daxil edildikdən 147 gün sonra baş verib.

2014-cü ildə Stefenson rəfiqəsi Olqa DeDjezusu və onun itini boğub ştatdan qaçıb.

Polisin məlumatına görə, sonuncu cinayəti Stefenson 2019-cu ilin martın 6-da törədib. O, intim əlaqədə olduğu Natin Kayanı və onun pişiyini doğrayıb.

Cinayətkarı Prins-Djordjes dairəsində kirayəyə götürdüyü yük maşınında yatdığı yerdə yaxalayıblar.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR