ABŞ-da helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb
  • DÜNYA

  • 22:46 03 İyun 2019

ABŞ-da helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

ABŞ-ın Arkanzas ştatında helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, daha bir nəfər isə yaralanıb.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis və fövqəladə hallar departamenti məlumat yayıb.

Bildirilir ki, göyərtəsində 4 nəfərin olduğu ekskursiya helikopteri “Backwoods” musiqi festivalının keçirildiyi bölgəyə düşüb.

Xilasedicilər qəzanın baş verdiyi nöqtəni xəsarət almış sərnişinin məlumatı əsasında tapıb. Qəzanın səbəbləri hələ ki dəqiq bilinmir.

ONA

Teqlər: ABŞ helikopter qəza

OXŞAR XƏBƏRLƏR