• DÜNYA

    05:23 28 dekabr 2020

ABŞ-da hərbçi boulinq zalında 6 nəfəri güllələyib, onlardan 3-ü ölüb

ABŞ-ın İllinoys ştatının Rodford şəhərində boulinq zalında silahlı insident baş verib.

APA CNN-ə istinadən xəbər verir ki, Florida sakini 37 yaşlı Dyuke Uebb odlu silahdan atəş açaraq 3 nəfəri qətlə yetirib.

Polisin məlumatına görə, daha 3 nəfər yaralanıb. Hadisə yerinə gələn polis D.Uebbi saxlayıb.

Araşdırma nəticəsində məlum olub ki, Uebb ABŞ ordusunda xidmət edir.

Şəhərin polisi rəisi Daniel O'Şea jurnalistlərə açıqlamasında bildirib ki, hadisə çox güman, bilərəkdən törədilməyib.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR