• DÜNYA

    05:02 21 may 2019

ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb

ABŞ-ın Şimali Karolina ştatında dəniz piyadaları Korpusunun “AV-8B Harrier” tipli hərbi təyyarəsi qəzaya uğrayıb.

ONA “Fox News”a istinadən xəbər verir ki, təyyarədə təkcə pilot olub və o, vaxtında katapultdan istifadə edə bilib.

Pilot xəstəxanaya yerləşdirilib. Mülki şəxslər arasında xəsarət halı qeydə alınmayıb. İnsident barəsində başqa məlumat verilməyib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR