• DÜNYA

    03:39 30 mart 2019

ABŞ-da kompüter oyunçusuna 20 illik həbs cəzası verilib

ABŞ məhkəməsi bir nəfərin ölümünə səbəb olan kompüter oyun həvəskarını 20 il müddətinə azadlıqdan məhrum edib.

ONA-nın verdiyi xəbərə görə, buna səbəb onun dəfələrlə polisə zəng edərək yalan məlumat verməsi olub.

26 yaşlı Tayler Barris 51 ittiham üzrə öz günahını etiraf edib.

2017-ci ildə Barris polisə zəng edərək bildirib ki, bir nəfəri öldürüb və daha iki nəfəri də girov götürüb. Bunun üçün isə o, polislərə “Call of Duty” kompüter oyununda qarşılaşdığı rəqibinin ünvanını verib.

Nəticədə polisin həmin ünvana keçirdiyi əməliyyat zamanı ev sahibi təsadüfən öldürülüb. Polis əməkdaşları onun silah çıxarmaq istədiyini zənn edib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR