ABŞ-da koronavirus qurbanlarının sayı 14,4 mini keçib - [color=red]YENİLƏNİB[/color]
  • DÜNYA

  • 00:57 09 Aprel 2020

ABŞ-da koronavirus qurbanlarının sayı 14,4 mini keçib - YENİLƏNİB

ABŞ-da koronavirusdan ölənlərin sayı 14 473 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Cons Hopkins Universitetinin mütəxəssisləri açıqlama yayıb.

Ölkədə koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı isə 422 800 nəfərdir, 22 mindən artıq amerikalı sağalaraq xəstəxanaları tərk edib.

***

Saat 21:13

ABŞ-da yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı 400 min nəfəri keçib.

APA xəbər verir ki, bu barədə Cons Hopkins Universitetinin yaydığı statistikada göstərilir.

Məlumata görə, ümumilikdə ölkədə 401 166 nəfər virusa yoluxub, ölənlərin sayı isə 13 minə yaxındır. 22,5 mindən çox xəstə sağalaraq xəstəxananı tərk edib.

Sərxan Kamallı

Teqlər:

OXŞAR XƏBƏRLƏR