ABŞ-ın Vaşinqton ştatında koronavirusa yoluxanlardan bir nəfər ölüb.
APA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Səhiyyə rəsmiləri bildirib.
Qeyd edilib ki, bu, ABŞ-da koronavirusdan ilk ölüm hadisəsidir.
Açıqlamaya görə, ölüm faktı Bakı vaxtı ilə 22 radələrində qeydə alınıb.
Bildirilib ki, bununla bağlı keçiriləcək mətbuat konfransında ətraflı məlumat veriləcək.