ABŞ-ın Sietl şəhərində inşaat kranının aşması nəticəsində 4 nəfər ölüb.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə şəhər rəhbərliyinin internet səhifəsində məlumat yer alıb.
Bildirilib ki, qaldırıcı kran avtomobil yolunda avtomobillərin üstünə aşıb. Hadisə nəticəsində daha 3 nəfər də xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
İnsident nəticəsində ölənlərdən ikisi kranın kabinəsində, digər iki nəfər isə kranın altında qalan avtomobillərdə olub.
Bundan başqa, kran 6 avtomobili də əzib.