• DÜNYA

    04:50 15 sentyabr 2019

ABŞ-da metroda güllələnmə: ölən və yaralananlar var

ABŞ-ın Sietl şəhərində atışma nəticəsində bir nəfər həlak olub.

APA CNN-ə istinadən xəbər verir ki, naməlum şəxs metro stansiyasına girərək insanlara atəş açıb.

Hadisə nəticəsində 3 nəfər yaralanıb, bir nəfər isə xəstəxanada dünyasını dəyişib.

Atəş açan şəxs polis tərəfindən axtarılır. Hadisənin motivləri hələlik məlum deyil.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR