ABŞ-ın Tennesi ştatında Naşville şəhərində partladılan avtomobil mikroavtobus olub.
APA "Associated Press"ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşları hadisə yeri yaxınlığında insan qalıqları tapıblar.
Qeyd edək ki, hadisə baş verən zaman yerli polis ilkin olaraq, mikroavtobusun içərisində kiminsənin olub-olması barədə məlumata malik olmadıqlarını açıqlamışdı.
***
02:14
ABŞ-ın Tennesi ştatında Naşville şəhərində avtomobil partlayıb.
APA CNN-ə istinadən xəbər verir ki, bu barədə televiziyaya açıqlamasında yerli polisin nümayəndəsi Don Aaron bildirib.
Polis partlayışın qəsdən törədildiyini deyib: "Partlayışın qəsdən törədildiyini düşünürük. İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər yaralanıb, ətrafdakı onlarla binaya ziyan dəyib. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kritik deyil. Avtomobilin içərisində kiminsə olub-olmadığını bilmirik".
Hadisə ilə bağlı istintaqın yerli polis də daxil olmaqla Federal Təhqiqat Bürosu (FTB) tərəfindən aparıldığı bildirilib.