• DÜNYA

    08:20 6 dekabr 2020

ABŞ-da neft anbarında partlayış olub, 7 nəfər xəsarət alıb

ABŞ-ın Texas ştatının Korpus Kristi şəhərində yerləşən “Magellan Midstream Partners” zavodunda xam neft anbarında partlayış baş verib.

APA “Associated Press”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 7 işçi xəsarət alıb. Onlardan 4-nün vəziyyəti ağır qiymətləndirilib.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, yanğın tamamilə söndürülüb.

Partlayışın vaşvermə səbəbləri araşdırılır.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR