ABŞ Konqresi koronavirus pandemiyasına baxmayaraq, tam şəkildə prezident inauqurasiyası mərasimi keçirməyi planlaşdırır.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu amerikalı senator-respublikaçı senator Roy Blant bildirib.
“Biz qərar verəcəyik. İnauqurasiyanın hər zamankı kimi baş tutacağını planlaşdırırıq, biz üç senator və Nümayəndələr Palatasının üç üzvündən ibarət altı nəfərlik komitəyik... İnauqurasiyanın genişmiqyaslı və açıq havada keçiriləcəyini düşünürük”, - “ABC News” telekanalına müsahibəsində Blant belə deyib.
Senator komitənin gələn həftə bu mövzuda müzakirələr aparacağını bildirib. R.Blant yeni seçilən prezidentin mərasimdə “qonaq” qismində olacağını da əlavə edib. O bununla yanaşı, keçmiş vitse-prezident Co Bayden və hazırkı Amerika lideri Donald Trampın “andiçmə günü səhnədə olacağına” ümid etdiyini qeyd edib: “Bu, onlardan hansı birinin and içəcəyindən asılı olmayaraq tutarlı dəlil olacaq”.
ABŞ-da yeni prezidentin andiçmə mərasimi 20 yanvar tarixində keçiriləcək.