ABŞ-da seçicilər kollegiyası bazar ertəsi günü keçirilən səsvermədə 3 noyabr seçkilərinin nəticələrini təsdiqləyib. Həmin nəticələrə əsasən, democrat Cozef Bayden liderdir.
APA xəbər verir ki, belə bir qiymətləndirmələri “CNN” telekanalı təqdim edib.
Baydenin qələbəsinə artıq 302 seçici səs verib, hazırkı prezident Donald Tramp isə 232 seçicinin dəstəyini qazanıb. ABŞ prezidenti olmaq üçün bir namizədin 270 səs toplaması lazımdır.
Seçkilərdə məğlub olduğunu etiraf etməyən Tramp noyabr ayının sonlarında seçicilər kollegiyasının Baydenə səs verəcəyi təqdirdə Ağ Evi tərk edəcəyini bildirmişdi. Bu baxımdan bir qayda olaraq formal qəbul edilən bu prosedur hazırda çoxlu sayda KİV-in diqqətini çəkir.
Qeyd edək ki, seçicilər kollegiyası ABŞ-da iki mərhələli prezident seçkiləri sistemi əsasında bütün ştatlarda səs veriblər. Seçicilərin səsverməsinin nəticələri 6 yanvarda ABŞ Konqresi tərəfindən təsdiqlənməlidir.