ABŞ-da sərt hava səbəbindən 5 hava limanı fəaliyyətini dayandırıb.
APA xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyasının məlumatında bildirilib.
Qeyd edilib ki, hazırda Texas və Mississippi ştatlarında 2 beynəlxalq hava limanı, həmçinin, Texas və Luiziana bölgələrində yerləşən 3 regional hava limanı bağlanıb.
ABŞ-da 3700-dən çox uçuşun ləğv edildiyi bildirilib.
Kəskin soyuq hava ölkənin 4 milyondan çox sakininin işıqsız qalmasına səbəb olub. Dallasda havanın hərarəti mənfi 15 dərəcəyə, Oklahomada mənfi 21, Kanzasda isə mənfi 35 dərəcəyə düşüb.
1989-cu ildən bəri qeydə alınan mövcud temperaturun rekord həddə çatdığı vurğulanıb.
Hyustonda son 122 ilin ən soyuq havası olacağı qeyd edilib. Bir neçə iri neft emalı zavodu işlərini dayandırmağa məcbur olub.