• DÜNYA

    06:32 27 fevral 2020

ABŞ-da silahlı insident baş verib, ölənlər var

ABŞ-ın Viskonsin ştatının Miluoki şəhərində “MolsonCoors” pivə istehsalı şirkətində baş vermiş silahlı insident zamanı 5 nəfər öldürülüb. Daha sonra silahlı şəxs özünə də qəsd edib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Miluoki polisinin rəhbəri Alfonso Morales mətbuat konfransında deyib.

“Polis əməkdaşları şübhəli bilinən 51 yaşlı şəhər sakininin meyitini aşkar ediblər. Ehtimal olunur ki, o, özünə yetirdiyi odlu silah yarasından ölüb. Hazırda hadisə yerindən daha beş yetkin insanın meyiti aşkar olunub. Onların hamısı “MolsonCoors”da işləyirmiş”, - deyə Morales bildirib.

Onun sözlərinə görə, qatilin və onun qurbanlarının adları daha sonra açıqlanacaq. İnsident zamanı başqa xəsarət alan olmayıb.

Qeyd edilir ki, hadisəni törədən kişi həmin gün işlədiyi şirkətdən kənarlaşıdırılıbmış. O, silah götürdükdən bir qədər sonra həmin yerə gəlib və keçmiş həmkarlarına atəş açıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR