• DÜNYA

    05:20 17 aprel 2019

ABŞ-da silahlı şəxs bir qadını öldürüb, daha bir nəfəri yaralayıb

ABŞ-ın Tennesi ştatında silahlı şəxs ticarət mərkəzlərinin birində bir gənc qadını öldürüb, daha bir kişini yaralayıb.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə Sevyervill şəhərində baş verib.

Silahlı şəxs daha sonra özünü də güllələyib. Hadisə yerinə çağırılmış polis əməkdaşları orada həmin şəxsin meyitini aşkarlayıb. Onun istifadə etdiyi yarıavtomatik silah da yanında olub.

Silahlı şəxsin açdığı atəş nəticəsində 24 yaşlı bir qız ölüb, yaxınlıqda olan 75 yaşlı bir kişi isə yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları hələlik məlum deyil.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR