• DÜNYA

    05:30 1 avqust 2020

ABŞ-da tanınmış şəxslərin "Twitter" hesablarına haker hücumu edən yeniyetmə saxlanılıb

ABŞ-ın Florida ştatının Tampa şəhərində bir çox məşhur insan və şirkətin “Twitter” hesablarına haker hücumu təşkil etməkdə şübhəli bilinən 17 yaşlı yeniyetmə saxlanılıb.

APA xəbər verir ki, bu barədə yerli “WFLA” telekanalı Hilsboro dairəsi prokurorunun ofisinə istinadən məlumat yayıb.

Məlumata görə, yeniyetməyə qarşı 30 iş üzrə, həmçinin mütəşəkkil dələduzluq, kommunikasiya ilə əlaqəli 17 dələduzluq, şəxsi məlumatların qanunsuz istifadəsi və kompüterə və ya elektron qurğuya qanunsuz girişlə bağlı ittihamlar irəli sürülüb.

Prokurorluq ofisindən verilən açıqlamaya görə, ABŞ Federal Təhqiqat Bürosu (FTB) və Ədliyyə Nazirliyi şübhəli şəxsin “hərtərəfli ümummilli araşdırılması”ndan sonra onun izinə düşməyə nail olub. Hakerin adı hələ 18 yaşına çatmadığı üçün açıqlanmır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR