• DÜNYA

    19:35 30 mart 2019

ABŞ-da təyyarə kəskin qoxuya görə fövqəladə eniş edib

ABŞ-da “United Airlines” məxsus “Boeing 737” təyyarəsi göyərtədə kəskin qoxu gəldiyinə görə Vaşinqtonda fövqəladə eniş edib.

ONA xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Bildirilir ki, təyyarə Baltimor-Vaşınqton hava limanından havaya qalxaraq San Fransiskoya istiqamət alıb, ancaq bir müddət sonra təyyarənin göyərtəsində kəskin qoxu əmələ gəlib.

Sərnişinlərdən birinin sözlərinə görə, bəzi insanların ürək bulanması, baş ağrısı kimi problemləri başlayıb. Nəticədə təyyarə Vaşinqtonun Dallas hava limanında eniş edib. Hadisə yerinə tibb işçiləri və yanğınsöndürənlər cəlb olunub. Zərərçəkənlərin bildirdiyinə görə, aviaşirkət sərnişinlərə tibbi xərclərini qarşılamağa söz verib.

Hadisənin səbəbi məlum deyil.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR