ABŞ-ın Kolorado ştatının Brumfild şəhərində sərnişin təyyarəsinin örtüyünün böyük bir hissəsi yaşayış binalarının yaxınlığına düşüb.
APA xəbər verir ki, bu barədə “MSNBC” telekanalı məlumat yayıb.
Müəyyən edilib ki, evlərdən birinin həyətinə düşən detal təyyarənin reaktiv mühərrikinin örtüyünün ön hissəsidir.
“CBS” telekanalının müxbiri Errol Barnettin verdiyi məlumata görə, təyyarə ABŞ-ın ən böyük hava yolları şirkətlərindən biri olan “United Airlines”a məxsusdur. Mühərriki sıradan çıxan təyyarənin ekipaj üzvü təhlükəsiz şəkildə Denver Beynəlxalq Hava Limanına qayıdıb.
“United Airlines” şirkəti 328 saylı reyslə Denverdən Honoluluya (Havay ştatı) uçan təyyarənin mühərrikinin sıradan çıxdığını təsdiqləyib, təyyarə yola düşdükdən dərhal sonra təhlükəsiz şəkildə Denverə qayıdıb. İnsident zamanı xəsarət alanların olmadığı bildirilir.