• DÜNYA

    11:36 1 dekabr 2019

ABŞ-da təyyarə qəzasında 9 nəfər ölüb

ABŞ-ın Cənubi Dakota ştatında kiçik tutumlu təyyarə qəzaya uğrayıb.

ONA-nın NBC telekanalına istinadən verdiyi məlumata görə, “Pilatus PC” tipli təyyarənin göyərtəsində 12 nəfər olub.

Aydaxo ştatının Aydaxo-Follz şəhərinə uçan təyyarə Çemberlen aeroportundan havaya qalxandan az sonra yerə çırpılıb. Qəzaya əlverişsiz hava şəraitinin səbəb olduğu ehtimal edilir.

Qəza nəticəsində pilot və iki uşaq da daxil olmaqla, 9 nəfər ölüb. Sağ qalan sərnişinlər yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR