• DÜNYA

    08:22 30 dekabr 2019

ABŞ-da təyyarə yaşayış binasına çırpılıb

ABŞ-ın Merilend ştatında kiçik mühərrikli təyyarə yaşayış binasına çırpılıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ştatın Yanğından Mühafizə Xidmətinin rəsmi “twitter” səhifəsində məlumat yerləşdirilib.

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Dərhal xilasedici qrup əraziyə cəlb edilib. Zərbənin nəticəsində meydana gələn yanğın söndürülüb.

“WUSA9” yerli televiziya kanalının məlumatına görə, heç bir ölüm faktı qeydə alınmayıb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR