ABŞ-da tibbi sığortası olmayan vətəndaşların sayı keçən il 1,1 milyon artaraq, 30,4 milyona çatıb.
ONA Rusiya KİV-ə istinadla xəbər verir ki, bu fakt ABŞ-ın Səhiyyə Nəzarəti və Müalicə Mərkəzinin keçirdiyi araşdırma nəticəsində müəyyən edilib.
Analitiklər hesab edir ki, prezident Trampın səhiyyə sistemindəki mövcud siyasəti nəticəsində belə bir tendensiya yaşanıb.