ABŞ-da ticarət mərkəzində atışma: 20 ölü, 30 yaralı - [color=red]FOTO[/color]
  • DÜNYA

  • 01:06 04 Avqust 2019

ABŞ-da ticarət mərkəzində atışma: 20 ölü, 30 yaralı - FOTO


ABŞ-ın Texas ştatında silahlı insident baş verib.

APA CNN-ə istinadla xəbər verir ki, şənbə günü “El Paso” ticarət mərkəzinin “Walmart” mağazasında atışma olub.

İlkin məlumata görə, hadisə nəticəsində 20 nəfər ölüb, 30 nəfər yaralanıb. Bu məlumat rəsmi tsdiqini tapmasa da ölən və yaralananların artacağı istisna edilmir.
Yerli CBS telekanalının məlumatında deyilir ki, silahdan atəş açan şəxslərin şəxsiyyəti hələ ki, müəyyənləşməyib.

Hadisə yerinə hüquq-mühafizə orqanları ilə yanaşı, xilasedicilər və Təcili Tibbi Yardım briqadası cəlb edilib.

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR