ABŞ-da ticarət mərkəzində qaz sızması nəticəsində partlayış baş verib
  • DÜNYA

  • 00:55 26 Avqust 2019

ABŞ-da ticarət mərkəzində qaz sızması nəticəsində partlayış baş verib

 

 

ABŞ-ın Merilend ştatının Kolumbia şəhərində ticarət mərkəzində qaz sızmasından partlayış olub. 

APA “TASS”a istinadən xəbər verir ki, səhər saatlarında qaz iyi ətrafı bürüyüb. 

Dərhal hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Ticarət mərkəzində olan bütün insanlar anında təxliyyə edilib. 

CNN-in yaydığı məlumatda bildirilir ki, bir saatdan sonra tucarət mərkəzində güclü partlayış olub. Qəza nəticəsində binanın bir hissəsi dağılıb. Ticarət mərkəzinin tamamilə çökməsi təhlükəsinin olduğu bildirilir.

İnsanların xəsarət alması barədə məlumat verilməyib.

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR