• DÜNYA

    05:37 29 may 2019

ABŞ-da tornado nəticəsində 130-dan çox adam xəsarət alıb

ABŞ-ın İndiana və Ohayo ştatlarında baş vermiş tornado nəticəsində azı 130 nəfər xəsarət alıb, daha bir nəfərin öldüyü deyilir.

ONA xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Məlumata görə, güclü küləyin təsirindən park edilmiş avtomobil 81 yaşlı yerli sakinin evinə çırpılıb və onun ölümünə səbəb olub. Xəsarət alanların xəstəxanalara çatdırılması üçün əraziyə xüsusi qüvvələr cəlb olunub.

Bildirilir ki, İndianada 14, Koloradoda 12, Ohayoda 9 tornado qasırğası müşahidə edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR