• DÜNYA

    06:30 5 iyun 2019

ABŞ-da vəzifə borcunu yerinə yetirməyən sabiq polis işçisi həbs edilib

ABŞ-ın Florida ştatının Parkland şəhərindəki məktəblərdən birinin mühafizəçi işləmiş sabiq polis işçisi həbs edilib.


APA Rusiya KİV-ə istinadən bildirir ki, polisə qarşı məktəbə silahlı hücum zamanı on nəfərdən çox şagirdin ölümü ilə nəticələnən hadisə zamanı vəzifə borcunu yerinə yetirməməsi ittihamı irəli sürülüb.

Qeyd edək ki, məktəbdə atışma 2018-ci il fevralın 14-də baş vermişdi. Faciədən qısa müddət sonra şübhəli şəxs qismində 1999-cu il təvəllüdlü şagird Nikolas Kruzu polis tərəfindən saxlanılmışdı. Dindirilmə zamanı o, cinayətini etiraf etmişdi.

Məhkəmə Kruzla bağlı elan edilmiş 17 insanın öldürülməsi ittihamına qarşı çıxsa da o, ölüm cəzası ilə üz-üzə qalmışdı.

Lakin il yarımdan sonra, 2019-cu ilin iyun ayında 56 yaşlı sabiq ərazi polisinin müavini həbs edilib. Qeyd edildiyi kimi, o, həmin faciə zamanı atəşin dayandırılması üçün vəzifəsindən irəli gələn heç bir təhlükəsizlik tədbirləri görməmişdi.

Hətta atışma zamanı hadisə yerindən - postundan uzaqlaşaraq əraziyə cəlb edilmiş xüsusi təyinatlı qüvvələrə məktəb binasından 150 metr məsafədə qalmağı təklif etmişdi.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR