Kolorado ştatının senatoru Maykl Bennet ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək fikrindədir.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə o, şəxsi “Twitter” səhifəsində bildirib.
Bennetin sözlərinə görə, bu addımı atmağa onu iki nüans - əksər amerikalılar üçün iqtisadi imkanların olmaması və Vaşinqton hakimiyyətinin nüfuzunun bərpa edilməsi istəyi vadar edib.
Qeyd edək ki, 54 yaşlı M.Bennet prostat vəzi xərçəngindən əziyyət çəkir. Bununla belə, o, namizədliyini irəli sürməkdə qərarlıdır.
Bennet, həmçinin namizədliyinin Demokratlar partiyası tərəfindən təqdim edilməsi üçün mübarizə aparacaq 7-ci senatordur.