• DÜNYA

    08:44 21 noyabr 2020

ABŞ-da yeni evə köçən cütlük 25 min dollarlıq qədim sikkələr tapıb

ABŞ-ın Cənubi Karolina ştatında yeni evə köçən cütlük oradan 25 000 dollar dəyərində qədim qızıl və gümüş sikkələr tapıblar.

APA “CNN”-ə istinadən xəbər verir ki, sikkələr sonradan evin keçmiş sahibinə qaytarılıb.

Bildirilir ki, evin yeni sahibi Ceyms Manford sanitar qovşaqdakı dolabın rəflərində sikkələrdən ibarət bütöv bir kolleksiya aşkar edib. Rəflərdə 1800-cü illərdə çap olunmuş 46 qızıl sikkə və 18 gümüş sikkə olub.

Evin keçmiş sahibi bildirib ki, həmin sikkələrin dəyəri təxminən 25 000 dollardır. Kolleksiyanın qalan hissəsi isə seyfdə saxlanılır.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR