ABŞ-da yeniyetmə məktəbdə 6 nəfəri güllələyib
  • DÜNYA

  • 23:13 14 Noyabr 2019

ABŞ-da yeniyetmə məktəbdə 6 nəfəri güllələyib

ABŞ-ın Kaliforniya ştatı, Santa-Klarita şəhərindəki məktəbdə baş vermiş silahlı insidentdə azı 6 nəfər yaralanıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Los-Ancelesdən təqribən 65 kilometr şimalda yerləşən “Saugus High School” məktəbində törədilib.

“Los Angeles Times” nəşrinin polisə istinadən yazdığına görə, silahlı şəxs qara paltarlı 15 yaşlı yeniyetmə olub. Cinayət məktəbin şəhərciyində törədilib.

Polis bildirib ki, cinayətkar insidentdən sonra özünü öldürüb. Hazırda onun evində axtarış aparılır.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR