ABŞ-da yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
  • DÜNYA

  • 07:17 17 Avqust 2019

ABŞ-da yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-ın Luiziana ştatında ikinəfərlik yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, aviaqəza nəticəsində iki nəfər ölüb.

Bildirilir ki, təyyarə Yeni Orleandakı Leykfront hava limanından havaya qalxdıqdan bir müddət vaxt keçdikdən sonra qəzaya uğrayıb. Qəzanın səbəbləri hələlik məlum deyil. Ölənlər pilot və sərnişin olub.

Polis hadisə ilə bağlı araşdırma aparır.

OXŞAR XƏBƏRLƏR