ABŞ dövlət katibi Mayk Pompeo bu gün Berlinə planlaşdırılan səfərini ləğv edib.
ONA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü deyib.
"Təəssüflər olsun ki, təxirəsalınmaz məsələlər üzündən Berlin səfərinin tarixini biz yenidən planlaşdırmalıyıq", - deyə departament sözçüsü bildirib.