ABŞ dövlət katibi Mayk Pompeo NATO baş katibi Yens Stoltenberqlə görüşüb.
APA-nın məlumatına görə, bu barədə NATO baş katibi Stoltenberq "Twitter" səhifəsində məlumat verib.
"Mövcud təhlükəsizlik problemləri ilə bağlı dövlət katibi Pompeo ilə səmərəli görüşümüz oldu. NATO Əfqanıstandakı sülh təşəbbüslərini qətiyyətlə dəstəkləyir. Son dəhşətli hücumları qınayıram. NATO Əfqan qüvvələrini dəstəkləməkdə qərarlıdır" deyə o qeyd edib. .
Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo Brüsselə iki günlük səfəri çərçivəsində Avropa İttifaqının siyasi institutlarına seçilən yeni liderlərlə də görüşləe keçirib. Sentyabrın 2-də M.Pompeo Avropa Komissiyasının yeni prezidenti Ursula von der Leyenlə görüşüb. Bu gün isə onun Avropa Parlamentinin prezidenti David Sassoli, Aİ Şurasının prezidenti Çarlz Mişel və Aİ-nin xarici siyasət və təhklükəsizlik məsələləri üzrə nümayəndəsi postuna seçilən Cozep Borell ilə görüşü gözlənilir.