• DÜNYA

    11:19 2 may 2019

ABŞ dövlət katibi Venesuelaya hərbi müdaxilənin mümkünlüyü məsələsinə toxunub

ABŞ dövlət katibi Maykl Pompeo Venesuelaya hərbi müdaxilənin mümkünlüyü məsələsinə toxunub.

ONA-nın xəbərinə görə, bu barədə Maykl Pompeo "Fox Business"ə müsahibəsində danışıb.

"Hərbi əməliyyat mümkündür. Əgər lazım olarsa, ABŞ bunu edəcək. Biz şiddətdən qaçınmaq üçün əlimizdən gələni edirik və bütün tərəfləri də şiddətdən uzaq durmağa çağırmışıq" - deyə o qeyd edib.

M.Pompeo deyib ki, ABŞ hökumətin sülh yolu ilə dəyişilməsini, Maduronun getməsini və yeni bir seçki keçirilməsini istəyir: "Ancaq Prezident Tramp özü də açıq şəkildə bildirib ki, əgər ehtiyac yaranarsa, nə tələb olunarsa, o ediləcək".

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR