• DÜNYA

    04:12 15 aprel 2021

ABŞ hərbi gəmilərini Qara dənizə göndərmək planını təxirə salıb

ABŞ hərbi gəmilərini Qara dənizə göndərmək planı təxirə salınıb.

APA-nın yerli bürosunun Türkiyənin Xarici İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, bu barədə ABŞ-ın Türkiyədəki Səfirliyindən bildirilib.

Qeyd edək ki, ABŞ iki hərbi gəmisinin İstanbul boğazından Qara dənizə çıxacağı ilə bağlı keçən həftə Türkiyəyə məlumat vermişdi.

Bildirilmişdi ki, ABŞ Donanması gəmilərini Qara dənizə göndərilməsi Ankara ilə imzalanmış Montre konvensiyası çərçivəsində olacaq və iki hərbi gəmi may ayının 4-nə qədər Qara dənizdə qalacaq. Amma sonradan bu plan təxirə salınıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR