• DÜNYA

    05:49 15 may 2020

ABŞ Hindistan üçün 21 helikopter istehsal edəcək

ABŞ-ın “Lockheed Martin” müdafiə şirkəti Hindistan hərbi qüvvələri üçün 21 ədəd “MH-60R Seahawk” dəniz helikopteri istehsal edəcək. Helikopterlərin istehsalı və bu ölkəyə çatdırılması ilə bağlı ABŞ Müdafiə Nazirliyi müqaviləni şirkətə təqdim edib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mayın 14-də yaydığı məlumatında deyilir.

“Lockheed Martin” şirkəti ilə əvvəl bağlanmış müqaviləyə əlavə olaraq 904,8 milyon dollar dəyərində daha bir müqavilə imzalanıb. Müqavilə ABŞ Hərbi Dəniz Qüvvələri üçün 3 ədəd və Hindistan hökuməti üçün 21 ədəd “MH-60R Seahawk” helikopterinin tədarükünü nəzərdə tutur”, - məlumatda belə deyilir.

Əlavə razılaşma çərçivəsində işlərin 2024-cü ilin sentyabrına qədər başa çatdırılacağı güman edilir. Müdafiə nazirliyinin məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə tədarük ediləcək helikopterlər üçün 113,1 milyon dollar, Hindistana tədarük ediləcək helikopterlər üçünsə 791,7 milyon dollar ayrılacaq. Bu isə bir ədəd “MH-60R Seahawk” helikopterinin Nyu-Dehliyə 37,7 milyon dollara başa gələcəyi deməkdir.

Hindistan üçün helikopterlərin alışı hərbi məhsulların xaricə çatdırılması ilə bağlı ABŞ-ın FMS proqramı (Foreign Military Sales) çərçivəsində baş tutacaq.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR