• DÜNYA

    07:24 1 iyun 2019

ABŞ Hindistana Rusiyanın S-400 kompleksilə bağlı xəbərdarlıq edib

ABŞ Hindistana Rusiyanın S-400 hava müdafiə sistemlərinin alınması ilə bağlı xəbərdarlıq edib.

ONA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Dövlət Departamentindən bildirilib ki, bu addım atılarsa, ABŞ və Hindistan arasında gələcəkdə yüksək texnologiya sahəsindəki əməkdaşlığın qurulmasında maneələr yaranacaq.

Hindistanın yerli mətbuatının yazdığına görə, Çinin Rusiyadan S-400 sistemini alması isə o qədər də diqqət çəkməyib. Çünki Çin artıq analoji silaha malikdir.

Qeyd edək ki, sözügedən komplekslərin tədarükü ilə bağlı müqavilə hələ 2018-ci il oktyabrın 5-də Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfəri zamanı bağlanmışdı.

Həmin vaxt ABŞ prezidenti Donald Tramp Hindistandan S-400-lə bağlı sazişə aydınlıq gətirməsini istəmişdi.

Hətta Vaşinqton rəsmi Dehliyə müttəfiqlərinə qarşı qüvvədə olan müvafiq sanksiyaları nəzərdə tutan CAATSA proqramını (ABŞ-ın düşmənləri ilə mübarizə qanunu) xatırladıb.
Bu sənədə görə, Vaşinqton Rusiya silah alıcılarına birtərəfli sanksiyalar tətbiq edə bilər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR