• DÜNYA

    08:14 7 iyul 2020

ABŞ hökuməti 380 milyon dollarlıq 6 “Black Hawk” helikopterinin Litvaya satılmasını təsdiqləyib

“ABŞ Dövlət Departamenti Litvaya 6 “UH-60M Black Hawk” helikopterin və müvafiq texniki avadanlıqların satışını təsdiqləyib. Satışın ümumi məbləği 380 milyon dollar olaraq qiymətləndirilir”.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə Əməkdaşlıq və Təhlükəsizlik Departamenti məlumat yayıb.

Bildirilib ki, hökumətlərarası müqavilə xaricə hərbi texnika və silah tədarükünə, ABŞ Hərbi Hava Qüvvələri ilə digər ölkələr arasında əlaqələri inkişaf etdirməyə və Vaşinqtonun müdafiə sahəsində xarici tərəfdaşlarına maddi və texniki yardım göstərməyə imkan verir.

ABŞ səlahiyyətlilərinin fikrincə, bu saziş milli təhlükəsizliyin və ABŞ-ın xarici siyasət maraqlarına uyğundur: "Bu, Avropada sülh və sabitliyin təmin edilməsində vacib bir qüvvə olan NATO müttəfiqinin təhlükəsizliyinin yaxşılaşdırılmasına kömək edir".

Qeyd edək ki, ABŞ Konqresi sözügedən yeni hərbi müqavilə ilə bağlı 30 gün müddətinə qərar vermək səlahiyyətindədir.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR