• DÜNYA

    23:29 22 aprel 2019

ABŞ hökuməti "Hizbullah"ın maliyyə mənbəyi barədə məlumata 10 mln. dollar vəd verib

ABŞ hökuməti terror aktlarının təşkilində “Hizbullah” təşkilatına göstərilən maliyyə əməliyyatlarının pozulmasına imkan yaradan məlumat qarşılığında 10 milyon dollaradək mükafat təklif edib.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə əcnəbi jurnalistlər mərkəzində keçirilmiş brifinq zamanı ABŞ dövlət katibinin diplomatik təhlükəsizlik məsələləri üzrə köməkçisi Maykl Evanoff açıqlama verib.

“Biz “Hizbullah”a axan maliyyə dəstəyini dayandırmaq istəyirik və bu məqsədlə ABŞ hökuməti tutarlı məlumat qarşılığında 10 milyon dollaradək mükafat verməklə yanaşı digər tədbirlər də görəcək”, - Evanoff belə deyib.

Onun sözlərinə görə, “Hizbullah”ın maliyyə əməliyyatları barədə xəbər vermək istəyən şəxslər Ədliyyə Nazirliyinin internet səhifəsindən istifadə edə bilər.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR