• DÜNYA

    14:13 1 sentyabr 2019

ABŞ İdlibə aviazərbə endirərkən Rusiya və Türkiyəni məlumatlandırmayıb

ABŞ Suriyanın İdlib vilayətinin Maaret-Misrin və Kafər-Xayya yaşayış məntəqələrinə aviazərbə endirərkən bütün razılaşmaları pozub, Rusiya və Türkiyəni məlumatlandırmayıb.

ONA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda əksini tapıb.

Rusiya Müdafiə Nazirliyi nəzərə çatdırır ki, Rusiya və Türkiyənin təşəbbüsü ilə 31 avqust səhər saat 6.00-dan Suriya ordusu İdlib atəşkəs zonasında birtərəfli atəşkəs elan edib, bu barədə bütün münaqişə tərəfləri məlumatlandırılıb. Atəşkəsin mülki şəxslərin humanitar dəhlizə İdlibi tərk etməsinə imkan yaradacağı ehtimal edilir. Eyni zamanda sutka ərzində Rusiya və Suriya döyüş təyyarələri İdlib üzərində uçuşları dayandırıb: "Ancaq 31 avqust saat 15.00-da ABŞ-ın yaşayış məntəqələrinə zərbə endirməsi nəticəsində çoxsaylı tələfat və dağıntılar olub. ABŞ tərəfi Əl-Qaidə terror təşkilatının idarəetmə məntəqəsinin məhv edildiyini bəyan edib. Vaşinqton bu addımı ilə İdlibdə atəşkəsin qorunmasını təhlükə altında qoyub, atəşkəsi pozub".

ONA

Teqlər:

SON XƏBƏRLƏR