• DÜNYA

    06:10 26 sentyabr 2019

ABŞ İran neftini nəql etdiyinə görə Çinə sanksiya tətbiq edəcək

ABŞ-ın dövlət katibi Mayk Pompeo ABŞ tərəfinin İran neftinin nəqlinə görə Çinə qarşı sanksiya tətbiq etmək qərarına gəldiyini söyləyib.

APA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Pompeonun sözlərinə görə, sanksiyalar Çinin bu ölkəyə qarşı tətbiq etdiyi qadağalara baxmayaraq, İrandan neft nəql etdiyinə görə tətbiq edilir.

Pompeo bu cür hərəkətləri ABŞ-ın İrana maksimum təzyiq göstərməsi ilə əlaqələndirib.

“Bu tədbir İran rejimini kritik gəlirdən məhrum etmək məqsədi daşıyır”, - Pompeo belə deyib.

O, qeyd edib ki, sanksiyalar bəzi Çin şirkətlərinə və beş işçisinə şamil olunacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR