ABŞ İranın 17 aparıcı şirkətinə qarşı sanksiya tətbiq edib.
APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Maliyyə naziri Stiven Mnuç jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, sanksiyalar əsasən mədən və metal istehsalı ilə məşğul olan şirkətlərə qarşı nəzərdə tutulub.
Eyni zamanda ABŞ-ın İraqdakı hərbi bazalarının vurulmasında iştirakı iddia edilən İranın yüksək vəzifəli şəxslərinə qarşı da sanksiyaların həyata keçiriləcəyi bildirilib.