• DÜNYA

    04:39 26 mart 2019

ABŞ iki raketəleyhinə sistemini sınaqdan keçirib

ABŞ Müdafiə Nazirliyi qitələrarası ballistik raketlərin qarşısının alınmasını nəzərdə tutan raketəleyhinə sistemi sınaqdan keçirib.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “Bloomberg” Pentaqona istinadən xəbər yayıb.

Bildirilir ki, sınaq zamanı iki raketin atışı həyata keçirilib.

“ABŞ Müdafiə Nazirliyi bildirir ki, iki raketəleyhinə sistemin sınaqdan keçirilməsi uğurla başa çatıb”, - deyə agentliyin məlumatında qeyd olunur.

Rəsmi Pentaqon sınaqla bağlı hələlik hər hansı açıqlama verməyib.

Sınaq atışının ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq hərbi bazasında həyata keçirildiyi deyilir.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR