ABŞ-ın Alabama ştatının Skottsboro şəhərindəki qayıq dokunda baş vermiş yanğın zamanı azı səkkiz nəfər ölüb.
APA-nın “TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “NBC” televiziya şirkəti məlumat yayıb.
“Hazırda səkkiz nəfərin öldüyünü təsdiqləyə bilərik”, - deyə şəhər yanğınsöndürmə idarəsinin rəisi Cin Niklaus bildirib.
Onun sözlərinə görə, hazırda gəmilərin içərisində neçə nəfərin olduğunun müəyyənləşdirilməsi işləri görülür. Yanğın nəticəsində, ilkin məlumatlara görə, 35 gəmi yanıb.