ABŞ-ın Alyaska ştatında 5.8 bal gücündə zəlzələ olub.
ONA CNN-ə istinadla xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Tədqiqatlar Mərkəzi yayıb.
Bildirilir ki, ştatın Kenai yarımadasında yerli vaxtla təxminən saat 01.30 radələrində baş vermiş zəlzələnin episentri 65 kilometr dərinlikdə olub.
Qeyd edilib ki, zəlzələ zamanı insan itkisi və dağıntılar qeydə alınmayıb.