ABŞ Avropa Qüvvələri (EUCOM) və NATO Müttəfiq Qüvvələr Ali Komandanlığının (SECEUR) komandiri Tod Uolters yanvarın 30-da Türkiyəyə səfər edəcək.
APA-nın yerli bürosunun "NTV" televiziyasına istinadla verdiyi xəbərə görə, Tod Uoltersin səfərinin əsas səbəbi Suriya və İdlibdir.
Səfər çərçivəsində ABŞ rəsmisinin Türkiyənin Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi General Yaşar Gülərlə görüşü olacaq.