ABŞ-ın baş infeksionisti: “Məktəbləri yox, barları bağlayın”
  • DÜNYA

  • 19:15 29 Noyabr 2020

ABŞ-ın baş infeksionisti: “Məktəbləri yox, barları bağlayın”

“Koronavirusa yoluxma hallarını azaltmaq üçün məktəbləri yox, barları və restoranları bağlamaq lazımdır”.

APA bildirir ki, bunu ABŞ-ın baş infeksionisti Entoni Fauçi “ABC”-yə verdiyi müsahibəsində söyləyib.

Onun sözlərinə görə, uşaqların təhlükəsiz olmasını təmin etməyin ən yaxşı yolu onları məktəbdə qorumaqdır:

“Gəncləri cəmiyyətdə virusun ən az olan yerində qorumaq olar. Ən təhlükəli yerlər restoran və barlardı, harada ki, insanlar tibbi maskasız otururlar”.

Entoni Fauçi bir daha təkrarlayıb ki, virusdan uzaq olmaq üçün kütləvi tədbirlərdən uzaq olmaq, tibbi maska taxmaq, əlləri tez-tez yumaq və sosial məsafə saxlamaq lazımdır.

ONA

Teqlər: koronavirus ABŞ

OXŞAR XƏBƏRLƏR