ABŞ-ın birinci xanımı Ukraynada səfərdə olub
  • DÜNYA

  • 17:46 08 May 2022

ABŞ-ın birinci xanımı Ukraynada səfərdə olub

ABŞ-ın birinci xanımı Cill Bayden Ukraynada səfərdə olub.

Lent.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Cill Bayden Ukraynaya elan edilməmiş səfər edib.

Zakarpatye Vilayət Şurasının “Tpelegram”-da paylaşdığı məlumatda isə qeyd olunub ki, Cill Bayden mayın 8-də Ujqorodda səfərdə olub, Ukraynanın birinci xanımı Yelena Zelenski ilə görüşüb.

Cill Baydan Uşqorodda 47-i uşaq olmaqla, 163 ukraynalı məcburi köçkünün məskunlaşdığı 6 saylı məktəbə də baş çəkib.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR