• DÜNYA

    06:24 9 aprel 2019

ABŞ-ın dövlət katibi iranlı general Qasım Süleymanini terrorçu adlandırıb

ABŞ Dövlət Departamenti İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan “Qüds” xüsusi hərbi birləşməsinin rəhbəri, general-mayor Qasım Süleymanini terrorçu hesab edir.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət katibi Mayk Pompeo deyib.

“Bəli, o terrorçudur”, - deyə Pompeo “Fox News” telekanalına müsahibəsi zamanı sualı cavablandırarkən bildirib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR